Amerikalı aktrisa Dakota Conson və məşhur “Coldplay” qrupunun solisti Kris Martin səkkiz illik münasibətlərinə son qoyublar.

Uvertura.az xəbər verir ki, “Page Six” nəşrinin yazdığına görə, cütlüyün yollarını ayırmasına bir neçə amil təsir edə bilər: Krisin ailə qurmaqda tələsməməsi, ümumiyyətlə, birgə övlad sahibi olmaq istəməməsi və aralarındakı yaş fərqi münasibətlərə mane olub.

Mənbə bildirib ki, Dakota gələcəkdə uşaq sahibi olmağı düşünə biləcəyini deyib, lakin Kris bu mərhələni artıq geridə qoyduğunu bildirib. Xatırladaq ki, Kris Martin daha əvvəl aktrisa Qvinet Peltrovla olan münasibətindən iki övlad sahibidir.

Həmçinin, cütlük arasındakı 13 illik yaş fərqi də münasibətlərə təsirsiz ötüşməyib.

You may also like