Mədəniyyət

“Cıdır düzü” kitabının təqdimatı keçirilib

İyunun 12-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində şair, yazıçı və ədəbiyyatşünas, Azərbaycan Yazıçılar İttifaqının fəxri üzvü Eldar Əhədovla görüş və onun Azərbaycan dilində nəşr olunmuş “Cıdır düzü” kitabının təqdimatı keçirilib.

Tədbir interaktiv müzakirə formatında keçirilmişdir.

Muzeydən uvertura.az-a bildirilib ki, Eldar Əhədov öz həyat və yaradıcılıq yolu haqqında, Azərbaycan bəstəkarları ilə dostluğundan, caz bəstəkarı, Vaqif Mustafazadənin davamçısı Cəfər Əliyevlə birgə yaradıcılığından, bu gün Almaniyada yaşayan bəstəkar və orkestr rəhbəri Xədicə Zeynalova ilə dostluğundan danışıb. Tədbirdə onların müəllifi olduğu əsərlərin videoyazıları nümayiş olunub.

You may also like