Almaniyanın Detmold şəhərində fəaliyyət göstərən azərbaycanlı bəstəkar Xədicə Zeynalovanın əsərləri Berlində keçirilən “Komponistinnen Piano Marathon” (Qadın bəstəkarların piano marafonu) adlı beynəlxalq layihədə ifa olunub.
Uvertura.az xəbər verir ki, Almaniyada yaşayan pianoçu Fidan Ağayeva-Edlerin təşəbbüsü ilə gerçəkləşən layihədə 250-dən artıq qadın bəstəkarın əsərlərinə yer verilib. Dünya bəstəkarlıq məktəbinin nümayəndələri ilə yanaşı, azərbaycanlı bəstəkarların – Firəngiz Əlizadə, Xədicə Zeynalova və Rəhilə Həsənovanın əsərləri də proqramda təqdim edilib.