Mədəniyyət

“Bulvarda kino axşamı” adlı yeni layihəyə start verilir

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə “Bulvarda kino axşamı” adlı layihəyə start verilir.

Uvertura.az xəbər verir ki, ilk nümayiş iyulun 19-na planlaşdırılıb. Həmin gün bulvarda açıq havada C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Görüş” filmi göstəriləcək.

Seans saat 20:00-da başlayacaq.

You may also like