Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Türkiyə paytaxtında yerləşən baş katibliyinin binasında avqustun 1-də “Şuşa” kitabının təqdimatı olacaq.
Uvertura.az xəbər verir ki, Azərbaycanın mədəniyyət paytaxtı haqqında kitabın çapdan çıxmasına həsr olunmuş tədbirin keçirilməsinə Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin Ankaradakı səfirliyi də dəstək göstərib.
TÜRKSOY-un Baş katibi Sultan Raevin adından göndərilən dəvətnamədə bundan əvvəl Türk dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin tarixi əhəmiyyətinə diqqət yetirilir.