Mədəniyyət

Azərbaycan kulinariyası Özbəkistanda təqdim olunub

Özbəkistanın Səmərqənd şəhərində avqustun 1-3-də “Səmərqənd plovu” adlı birinci beynəlxalq festival keçirilib. Bu tədbir qastronomik turizmin inkişafı və xalqlar arasında mədəni mübadilədə mühüm hadisəyə çevrilib.

Uvertura.az xəbər verir ki, festivalda Türkiyə, Yaponiya, Qətər, Misir, Pakistan, Cənubi Koreya, Qazaxıstan və Tacikistan da daxil olmaqla 15-dən çox ölkədən aşpazlar iştirak ediblər. Azərbaycan da öz mətbəxinin zənginliyini yüksək səviyyədə nümayiş etdirən iştirakçı ölkələr sırasında yer alıb.

You may also like