Azərbaycan Turizm Bürosu tərəfindən Qazaxıstan və Özbəkistandan olan 16 aparıcı turizm şirkəti nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib.
Dövlət Turizm Agentliyindən Uvertura.az-a bildirilib ki, səfərin məqsədi Azərbaycanın sağlamlıq turizm imkanlarını nümayiş etdirmək və ölkələrin turizm sənayesi nümayəndələri arasında işgüzar əlaqələri gücləndirməkdir.
Səfər zamanı iştirakçılar Lənkəran, Gəncə və Naftalan bölgələrini ziyarət edərək, sağlamlıq turizm imkanları barədə məlumatlandırılıblar.