Mədəniyyət Teatr

Nəsimi festivalında “İblis” yeni təqdimatda nümayiş olunub

Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalının ilk günü Heydər Əliyev Mərkəzində Hüseyn Cavidin “İblis” əsərinin simfonik orkestr musiqiçilərinin və Azərbaycan Dövlət Pantomim Teatrının iştirakı ilə yeni təqdimatı olub.

Uvertura.az xəbər verir ki, əsərin yeni təqdimatının özəlliyi canlı orkestrin müşayiəti və orkestr musiqiçilərinin tamaşa müddətində həm də iştirakçıya çevrilməsidir.

Əsərdə həm bəşəri, həm də əbədi problem olan insanlıq və iblis arasında bitməyən mübarizə əks olunub.

You may also like