Mədəniyyət

Üzeyir Hacıbəylinin 140 illiyi Qazaxıstan mətbuatında

Qazaxıstanın “OTPAN. News” saytında “Azərbaycan Üzeyir Hacıbəylinin 140 illiyini qeyd edir” sərlövhəli məqalə dərc olunub.

Uvertura.az xəbər verir ki, materialda Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Qeyd olunub ki, görkəmli bəstəkar müsəlman Şərqində “Leyli və Məcnun” kimi ilk operanın müəllifidir.

Qeyd edək ki, Qazaxıstanın “Jalobayan” radiosunda da Üzeyir Hacıbəylinin yaradıcılığı barəsində verilişlər hazırlanıb, efirdə onun əsərləri səsləndirilib.

You may also like