Mədəniyyət

Azərbaycan Dəmiryol Muzeyində ilk müasir incəsənət sərgisi – “Yaşıl qatar”

“Dəmiryolu yalnız şəhərləri və kəndləri birləşdirmir, o, həm də xatirələri, ailə hekayələrini və ekoloji düşüncələri bir araya gətirən metaforadır” – Bu fəlsəfi yanaşmanı təqdim edən “Yaşıl qatar” sərgisi rəssamları, sənəti və tarix anlayışını birləşdirərək tamaşaçıya unikal vizual təcrübə yaşadır.

Uvertura.az xəbər verir ki, noyabrın 25-də Azərbaycan Dəmiryol Muzeyində ilk müasir incəsənət sərgisi açılıb.

“Yaşıl qatar” sərgisi ziyarətçilərə yalnız vizual təcrübə təqdim etmir, həm də hər kəsi öz xatirələrinə, ailə hekayələrinə və ekoloji düşüncələrinə doğru relslər boyunca uzanan poetik bir səyahətə dəvət edir. Bu sərgi sənətin gücü ilə keçmişi və gələcəyi birləşdirir, dəmir yolunun sırf infrastruktur deyil, insan talelərini, yaddaş qatlarını və təbiətlə olan əlaqəni daşıyan canlı bir xətt olduğunu xatırladır.

You may also like