Akademik Milli Dram Teatrında gənc yazıçı Pərviz Seyidlinin “Ləng” (“Zamanla yarışan hökmdar”) əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb.
Uvertura.az xəbər verir ki, bəşəriyyətin ən böyük fatehlərindən biri – Əmir Teymurun həyatından, döyüş yolundan və fəthlərindən bəhs edən, milli kimlik və milli özünüdərk ideyasını özündə ehtiva edən yeni tamaşanın quruluşçu rejissoru Bəhruz Vaqifoğlu, ikinci rejissoru Nigar Güləhmədova, səhnə tərtibatçısı İsa Əsədov, geyim üzrə rəssamı Aygün Mahmudova, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistenti Ceyran Başarandır.
