Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 2026-cı ilin ikinci ayında repertuarı zəngindir.
Bu barədə Uvertura.az-a teatrdan məlumat verilib.

Bildirilib ki, fevralın 1-də teatrın səhnəsində musiqi müəllifi P.Bülbüloğlu, libretto müəllifi M.Şerbaçenko olan “Nəğməmə inan” (rus dilində) tamaşası göstəriləcək. Fevralın 6-da “Qızıl toy” (O.Kazımi, R.Heydər) musiqili komediyası, ertəsi gün kiçik səhnədə “Killerdən teleqram” (P.Seyidli), əsas səhnədə isə “Kimdir müqəssir?” (Ə.Haqverdiyev) tamaşaları təqdim olunacaq. Fevralın 8-də səhnədə “Beşmanatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) musiqili komediyası olacaq.
Musiqili Teatrın repertuarına yenicə daxil olan “Zal qızı Zalxa” tamaşasının fevralın 13-də növbəti nümayişi nəzərdə tutulub. Qeyd edək ki, Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında yeni quruluşda (rejissor Samir Qulamov) hazırlanan və bəstəkarı Cavanşir Quliyev olan musiqili komediyanın premyerası yanvarın 30 və 31-də olacaq.
Bundan əlavə, ay ərzində “Sevənlərindir dünya” (Ə.Pəhləvan), “Bəxtiyar” (T.Quliyev), “Paris Notr-Dama ithaf” (V.Hüqo) və s. tamaşalar, şənbə və bazar günləri “Yatmış gözəl və cırtdanlar”, “Qımızı papaq” (rus dilində), “Bremen musiqiçiləri və Pen” və s. maraqlı uşaq tamaşaları repertuarda yer alıb.
