magbo system
Mədəniyyət

Tiranada MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb

Tiranada Albaniyanın Baş nazirinin iqamətgahında MAMA – “Ana təbiət” adlı beynəlxalq incəsənət sərgisi açılıb.

Uvertura.az Azərtaca istinadən xəbər verir ki, sərginin açılış mərasimində Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Leyla Əliyeva çıxışında sərgidə təqdim olunan rəsmlər, heykəllər və instalyasiyalar vasitəsilə sənətkarların təbiətin gücünü, gözəlliyini və kövrəkliyini nümayiş etdirdiklərini vurğulayıb. O, layihənin təbiətin qorunmasına çağırış baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Sərgidə həmçinin Albaniyanın Baş naziri Edi Ramanın və tanınmış alban rəssamlarının əsərləri nümayiş olunub. Baş nazir Edi Rama bu mədəni təşəbbüsün Azərbaycan və Albaniya arasında dostluq əlaqələrinə yeni töhfə verdiyini bildirib.

Sərgi bir ay ərzində ziyarətçilər üçün açıq olacaq.

You may also like