magbo system
Digər Dünya Xəbərləri

31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür

Bu gün – 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür.

Uvertura.az xəbər verir ki, soyqırım hadisəsindən 108 il ötür.

1918-ci ilin 30 mart – 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ və Naxçıvan ərazilərində erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib. Rəsmi mənbələrə görə, bu hadisələr nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı fərmanla bu hadisələrə siyasi qiymət verilib və 31 mart – Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmən təsis edilib. Bu gün ölkəmizdə hər il dövlət səviyyəsində anım günü kimi qeyd olunur.

You may also like