magbo system
Digər Dünya Xəbərləri

Aprel döyüşləri: Zəfərə aparan ilk addım

2016-cı il aprelin 1–5-də baş verən Aprel döyüşləri Azərbaycan ordusunun sonrakı uğurlarının və xüsusilə də 2020-ci ildə qazanılan Zəfərin mühüm mərhələlərindən biri kimi qiymətləndirilir. Bu hadisələr həm hərbi-strateji, həm psixoloji, həm də siyasi baxımdan mühüm dönüş nöqtəsi oldu.

Uvertura.az xəbər verir ki, Aprel döyüşlərindən 10 il ötür.

Döyüşlər Azərbaycan ordusunun modernləşmə siyasətinin real nəticələrini nümayiş etdirdi. Yüksək dəqiqlikli silahlar, pilotsuz uçuş aparatları və operativ kəşfiyyat imkanlarının effektiv tətbiqi sayəsində bir sıra strateji yüksəkliklər azad edildi. Bu təcrübə sonrakı illərdə ordunun taktiki imkanlarının daha da inkişafına və 2020-ci ildə həyata keçirilən əməliyyatların uğuruna zəmin yaratdı.

Aprel döyüşləri həmçinin cəmiyyətdə və orduda yüksək ruh yüksəkliyi formalaşdırdı, illərlə mövcud olan “məğlubedilməz müdafiə xətti” mifini dağıtdı. Eyni zamanda beynəlxalq ictimaiyyətə münaqişənin dondurulmuş deyil, aktiv və həllini gözləyən bir problem olduğunu göstərdi.

Beləliklə, Aprel döyüşləri Azərbaycan ordusunun zəfərə aparan yolunda mühüm mərhələ kimi tarixə düşdü.

You may also like