magbo system
Mədəniyyət

Dövlət Film Fondunda Ceyhun Mirzəyevin xatirəsi anılıb

Aprelin 9-da Azərbaycan Dövlət Film Fondunda görkəmli aktyor və kinorejissor Ceyhun Mirzəyevin anadan olmasının 80 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Uvertura.az xəbər verir ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanışlıq olub, həmçinin onun rol aldığı və rejissoru olduğu filmlərdən ibarət videoçarx nümayiş etdirilib.

Çıxış edənlər Ceyhun Mirzəyevin Azərbaycan kinosuna verdiyi töhfələrdən danışaraq, onun “Ögey ana” filmindəki İsmayıl obrazı ilə geniş tamaşaçı sevgisi qazandığını, “Fəryad” filmi ilə isə kino tariximizdə xüsusi iz qoyduğunu vurğulayıblar.

Sonda “Balans” rəqəmsal bərpa studiyasında bərpa olunmuş, Tofiq Tağızadənin Prosper Merimenin əsəri əsasında çəkdiyi “Matteo Falkone” qısametrajlı filmi nümayiş etdirilib. Filmdə uşaq obrazını balaca Ceyhun Mirzəyev canlandırır.

You may also like