Türkiyəli müğənni Sibel Can və iş adamı Emir Sarıgül haqqında evlilik iddiaları yenidən gündəmə gəlib.
Uvertura.az xəbər verir ki, məşhur aparıcı Ece Erken cütlüklə bağlı diqqətçəkən açıqlama verib.
Onun sözlərinə görə, uzun müddətdir münasibətlərini mediadan uzaq yaşamağa üstünlük verən Sibel Can və Emir Sarıgülün bu yay Mayamidə nikah masasına əyləşəcəyi iddia olunur.
Mövzu ilə bağlı tərəflərdən hələlik rəsmi açıqlama verilməyib. Cütlüyün evlilik xəbərlərinin doğru olub-olmadığı isə rəsmi təsdiqini tapmayıb.
