Azərbaycan Dövlət Kukla Teatrı 95 illik yubiley mövsümünə start verib.
Yeni mövsümlə bağlı keçirilən ilk iclasda qarşıdakı yaradıcılıq planları, yubiley tədbirləri və yeni layihələr müzakirə olunub.
Uvertura.az xəbər verir ki, mövsüm ərzində yeni tamaşaların hazırlanması, yerli və beynəlxalq qastrol səfərlərinin təşkili, mədəni layihələrin həyata keçirilməsi və xarici teatrlarla əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Yubiley ili çərçivəsində Azərbaycan kukla sənətinin daha geniş auditoriyaya təqdim olunması, teatrın 95 illik irsinin təbliği, uşaqlar və ailələr üçün yeni proqramların təşkili əsas istiqamətlər sırasında olacaq.
