Mədəniyyət

Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib

Nizami Kino Mərkəzində keçirilən konfransda Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Uvertura.az xəbər verir ki, səsvermədə İttifaqın 206 üzvü iştirak edib və Şəfiqə Məmmədova səs çoxluğu ilə sədr vəzifəsinə seçilib. O, göstərilən etimada görə üzvlərə təşəkkürünü bildirib.

Konfrans çərçivəsində Azərbaycan kinosunun inkişaf yolu və bu sahəyə göstərilən dövlət dəstəyi də vurğulanıb.

Oxşar Xəbərlər