Mədəniyyət

Xankəndidə İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

Xankəndidə yeni İncəsənət Məktəbi fəaliyyətə başlayacaq. Nazirlər Kabinetinin qərarı ilə məktəb Mədəniyyət Nazirliyinin tabeliyində incəsənət təhsili müəssisəsi kimi rəsmiləşdirilib.

Uvertura.az xəbər verir ki, ilkin mərhələdə burada 100-dək şagirdin təhsil alması nəzərdə tutulur. Tədris musiqi ilə yanaşı, tələbatdan asılı olaraq incəsənətin digər istiqamətlərini də əhatə edəcək.

Məktəbin yaradılması uşaqlar və gənclər üçün incəsənət təhsilinə çıxışı genişləndirəcək, onların yaradıcılıq potensialının inkişafına və Qarabağın zəngin mədəni irsinin gələcək nəsillərə ötürülməsinə töhfə verəcək.

Oxşar Xəbərlər