“Paris Fashion Week” çərçivəsində Parisdə Azərbaycan moda mədəniyyətinə və milli irsinə həsr olunan “Fashion Culture Day in Paris” tədbiri keçirilib.

Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə diplomatlar, dizaynerlər, incəsənət və media nümayəndələri iştirak ediblər. Uvertura.az xəbər verir ki, tədbirdə Azərbaycanın milli ornamentləri, xalça motivləri və dekorativ-tətbiqi sənət nümunələri müasir moda dili ilə təqdim olunub.

“SİMOORG Academy”nin gənc dizaynerlərinin kolleksiyasında Azərbaycan xalçaçılıq ənənələri müasir forma və siluetlərlə yenidən şərh edilib. Kolleksiyanın əsas ilham mənbələrindən biri rəssam Faiq Əhmədin yaradıcılığı olub.

Tədbirin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsini beynəlxalq auditoriyaya tanıtmaq, eyni zamanda yeni nəsil azərbaycanlı dizaynerlərin dünya moda sənayesində tanınmasına dəstək olmaqdır.

Oxşar Xəbərlər