XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Venesuelanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə ölkənin milli rəqs ənənələrinə həsr olunmuş tədbir keçirilib.
Uvertura.az xəbər verir ki, Venesuelanın Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berroteran ölkəsinin mədəni irsi barədə məlumat verib.
Tədbirdə Bakı Xoreoqrafiya Akademiyası ilə əməkdaşlıq çərçivəsində hazırlanmış milli rəqs təqdim olunub. Səfir Venesuelanın Lara ştatına məxsus, dini və folklor ənənələrini özündə birləşdirən “Tamunangue” rəqsinin tarixi əhəmiyyətindən danışıb.
Tədbirin mədəniyyətlərarası əlaqələrin inkişafına töhfə verdiyi vurğulanıb.
