Mədəniyyət

Bakıda ICESCO-nun Azərbaycana həsr olunmuş “Sülh kitabı” təqdim edilib

Oktyabrın 28-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ICESCO-nun Azərbaycana həsr etdiyi “Sülh kitabı”nın III nəşrinin təqdimatı keçirilib.

Uvertura.az xəbər verir ki, tədbirdə ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və BMT Baş katibinin müavini Migel Anxel Moratinos çıxış edərək sülhün, multikulturalizmin və mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğulayıblar.

“Harmoniya çalarları: gənclərin gözü ilə Azərbaycanda sülh və multikulturalizm” adlı nəşrdə İslam dünyasının müxtəlif ölkələrindən olan 29 gənc liderin Azərbaycandakı birgəyaşayış ənənələri və multikultural mühitlə bağlı təəssüratları əks olunub.

Tədbir gənc sülh səfirlərinin çıxışları və musiqi proqramı ilə davam edib.

Oxşar Xəbərlər