Oktyabrın 29-da Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, professor, rejissor Oqtay Babazadənin 85 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Dövlət Film Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə professor Nigar Axundovanın yubilyarın yaradıcılığına həsr etdiyi “Sənədli filmlər ustası” kitabı təqdim olunub.
Uvertura.az xəbər verir ki, çıxış edənlər Oqtay Babazadənin Azərbaycan televiziya və kino sənətinə verdiyi töhfələrdən, 65 ildən artıq davam edən zəngin yaradıcılıq fəaliyyətindən söz açıblar.
Tədbirin sonunda rejissorun 2010-cu ildə lentə aldığı “Toğrul” sənədli filmi nümayiş etdirilib.
