“OD Media Production”ın istehsalı olan “Sərt gözəllik” tammetrajlı sənədli filminin çəkilişləri yekun mərhələdədir.
Azərbaycan Respublikası Kino Agentliyinin müsabiqə qaliblərindən olan film Xınalıqda köçəri həyat sürən ailələrin və internat məktəbində təhsil alan uşaqların həyatından bəhs edir.
Uvertura.az xəbər verir ki, ekran əsərində uşaqların ailə həsrəti, təhsil yolunda qarşılaşdıqları çətinliklər və valideynlərin övladlarının gələcəyi naminə göstərdikləri fədakarlıq əks olunur.
Çəkilişlər Xınalıq və qışlaq ərazilərində aparılıb, final səhnələrinin yaylaqda lentə alınması planlaşdırılır.
Filmin rejissoru Seyran Mahmudoğlu, ssenari müəllifi isə Esmira Eyyubdur.
