İspaniya dünya çempionu oldu
Uvertura.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə 2026-cı il dünya çempionatına yekun vurulub.
Final qarşılaşmasında İspaniya və Argentina milliləri Nyu-York/Nyu-Cersi stadionunda üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunun əsas vaxtında tərəflər hesabı aça bilməyiblər.
İkinci hissədə oyun sərt mübarizə ilə yadda qalıb. Argentinanın yarımmüdafiəçisi Enzo Fernandez 90+3-cü dəqiqədə ikinci sarı vərəqəsini alaraq meydandan qovulub və komandası matçı azlıqda davam etdirib.
Əsas vaxt 0:0 hesabı ilə başa çatdığından qalib əlavə vaxtda müəyyənləşib. Uzatmaların ikinci hissəsinin əvvəlində, 106-cı dəqiqədə Ferran Torres dəqiq zərbə ilə İspaniyanı hesabda önə çıxarıb.
Qarşılaşmanın sonuna qədər hesab dəyişməyib və İspaniya 1:0 hesablı qələbə qazanaraq tarixində ikinci dəfə futbol üzrə dünya çempionu adına sahib çıxıb.
