Mədəniyyət

Filarmoniyada kamera musiqisi axşamı

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Azərbaycan Dövlət Simli Kvartetinin konserti keçirilib.

Filarmoniyadan uvertura.az-a verilən məlumata görə, “Kamera Musiqisi Axşamı” adlı konsertdə Nəzrin Aslanlı və Xəyalə Abdullayeva (violin), Vaxtanq İmanov (viola) və Aleksey Miltix (violonçel) çıxış ediblər.

Kvartet Feliks Mendelsonun fa minor tonallığında 6 nömrəli simli kvartetini (op. 80) və Aleksandr Borodinin lya major tonallığında 1 nömrəli simli kvartetini ifa edib.

Oxşar Xəbərlər