Martın 31-də Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” tamaşası nümayiş olunub.
2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış zəfərimizi vəsf edən səhnə əsərində igid oğullarımızın göstərdiyi şücaət əksini tapıb.
Teatrın baş rejissoru Anar Babalının müəllifi olduğu və quruluş verdiyi tamaşada rolları Səyad Əliyev, Emil Rzayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbaszadə ifa ediblər. Tamaşanın quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.