“Aşkı Memnu”da Firdevs Yöreoğlu xarakterini canlandıran Nebahat Çehre son layihə ilə bağlı olaraq çalışdığını qeyd edib. Aktrisa karyerasına “Gözəl bir işlə vida etmək istəyirəm” deyib.
Uvertüra.az xəbər verir ki, jurnalistlərin suallarını cavablayan 79 yaşlı Çehre bildirib ki, “Bir layihə ilə bağlı gözləyirik. Yaxşı bir iş olarsa sizinlə görüşəcəyəm. Tamaşaçılarım üçün darıxmışam. Onlara gözəl şəkildə vida etmək istəyirəm”.