Aprelin 26-da Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamlarından biri – Salvador Dalinin “Sürrealizm mənəm” adlı sərgisinin açılışı olacaq.
Uvertüra.az Mərkəzə istinadən xəbər verir ki, Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunacaq əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltəraşlıq nümunələri yer alacaq.
Heydər Əliyev Mərkəzində nümayiş olunacaq əsərlər dünyada Salvador Dalinin original işlərindən ibarət olan ən böyük kolleksiyalardan biridir. Sərgi oktyabrın 8-dək davam edəcək.