Müxtəlif sektorlarda çalışan və ölkələrdə yaşayan insanlar onların başından keçən və həyatlarını növbəti uğurlu mərhələyə daşımağa səbəb olan keçmiş hadisələr və təcrübələrini bu böyük səhnədə – TED-də auditoriya ilə bölüşürlər və daha sonra isə bu hekayəni 38 milyon abunəçisi olan “YouTube” kanalında milyonlarla insan görür.
Onlardan biri də Avstraliyalı Ruth Clare-nin hekayəsidir. O, “insanın başqalarının xoşbəxtliyi üçün həqiqi kimliyinin gizlədilməsinin” nə qədər ağrılı olmasından danışır. Əlavə edir ki, “Biz özümüz olmaqla bizi biz olduğumuz üçün sevən insanları ətrafımızda saxlaya bilərik. Digər halda isə bu əzablı işgəncəyə oxşayır”. Ruth portnyoru ilə birgə Avstraliyadan Amerikaya – Nyu York şəhərinə gedir və burada başa düşür ki, əksər insanların olmaq isədiyi bu böyük şəhərdə əslində xoşbəxt deyil. Clare daha sonra Avstraliyaya geri qayıtmağa qərar verir və tək. O, bu TED çıxışında “tək olduğu zaman yaşadığı depressiyadan, özünü insanlardan təcrid etməyindən və daha sonra öz həqiqi kimliyini tapmağın verdiyi xoşbəxtlikdən bəhs edir”.
Ruth deyir ki, Amerikaya gedən zaman əslində mən aktirsa olmaq xəyalımdan imtina etmiş, portnyorumun bir gün yaxşı fotoqraf olmaq xəyalının arxasıyca düşmüşdüm.
O, sonda auditoriyanı öz xəyallarınızdan və başqalarının xoşbəxtliyi üçün həqiqi kimliyinizdən imtina etməməyə çağırış edir.