ABŞ-da TOP şouların gələcəyi qaranlıqdır, belə ki, ötən gün ölkədə 11.000-dən çox film və televiziya yazıçıları tətil elan ediblər.
Uvertüra.az NBC News TV kanalına istinadən xəbər verir ki, bu bəzi sevimli şouların vaxtında yayımlanmasına mane olub və tətilin dərhal təsiri hiss edilib. Nəticədə Hollywood-da böyük bir “dram” yaşanır.
Tətil elan edənlər isə TV-yə müsahibəsində qeyd ediblər ki, biz artıq sadəcə pulsuz çalışmaq istəmirik və ailəmizi dolandırmaq niyyətindəyik.
Qeyd edək ki, tətilçilər bildiriblər ki, onlar maaşların artımında razılıq əldə edilməyənə qədər növbəti ayın sonuna qədər tətillərə davam edəcəklər.