Bir neçə gün öncə mərhum sənətkarımız Siyavuş Aslanın oğlu Çingiz Aslan vəfat etmişdi. Çingiz Aslanın nəşi Sabunçu rayonundakı Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyində idi.
Uvertüra.az xəbər verir ki, məsələ ilə bağlı olaraq Akademik Milli Dram Teatrından aşağıdakı məzmunda açıqlama verilib.
“Böyük sənətkarımız Siyavuş Aslanın oğlu Çingiz Aslan bu gün Yasamal qəbiristanlığında, anasının yanında torpağa tapşırıldı. Vida və dəfn mərasimində Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, nazirliyin teatr sektorunun müdiri Vəfa Novruzova, Akademik Milli Dram Teatrının direktorunun əmək funksiyalarını icra edən İlham Əsgərov, Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur və teatrın digər əməkdaşları iştirak edib.
Allah rəhmət eləsin!”, – deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Çingiz Aslan spirtli içki alüdəçisi idi.