Bu gün, mayın 6-da Londonda Kral III Charles-in təntənəli tacqoyma mərasimi keçirilir. Onun həyat yoldaşı Kraliça Camilla da bugünkü tədbir çərçivəsində öz tacına sahib olacaq.
Uvertüra.az xəbər verir ki, son 70 ildə ilk dəfə belə bir tarixi səhnəyə canlı şahidlik etmək üçün günlərdir ki, böyük izdiham yaşanır və şəhər ətrafında çadır qurub gözləyənlər var.
Bir çox ölkələrdən turistlərin də axışdığı tacqoyma mərasimində təhülkəsizliyi gücləndirmək məqsədilə Böyük Britaniyanın 6 min silahlı qüvvələr və 949 hava qüvvələri heyəti təxminən 70 ildən sonra ən böyük hərbi yürüyüş keçirəcək.
Kral III Charles sonuncu dəfə 1953-cü ildə tacqoyma mərasimində iştirak edərkən çox gənc idi və anası Kraliça Elizabeth-in tacqoyma mərasiminə şahidlik edirdi.
Qeyd edək ki, gün boyu Birləşmiş Krallığın bütün ərazilərində böyük tədbirlərin keçirilməsi planlaşdırılır və bu ölkənin mətbuatı vasitəsilə bu tarixi anı canlı izləmək mümkündür.