Azərbaycanın Elm və Təhsil naziri Emin Əmrullayev Böyük Britaniyanın təhsil məsələləri üzrə dövlət naziri Nick Gibb ilə təhsil sahəsində gələcək əməkdaşlığı müzakirə ediblər.
Uvertüra.az xəbər verir ki, bu haqda Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld özünün rəsmi “Twitter” postunda qeyd edib.
O, postunda: “Bu həftə Emin Əmrullayev Londonda Dünya Təhsil Forumunda iştirak edir. Forum çərçivəsində nazir Böyük Britaniyanın təhsil məsələləri üzrə dövlət naziri Nick Gibb ilə görüşüb. Nazirlər təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər”, – deyə yazıb.