Komediya janrında çəkilən filmləri ilə ürəkləri fəth edən amerikalı aktyor Eddie Murphy “MGM” istehsalı olan “Çəhrayı pantera” filmində baş rolda çəkilmək üçün müqavilə imzalayıb. Müqavilə çərçivəsində o, müfəttiş Clouseau rolunu canlandıracaq və yeni tammetrajlı bədii filmdə kompüter qrafikasından istifadə olunacaq.
Uvertüra.az Yahoo.com-a istinadən xəbər verir ki, 62 yaşlı komediya ustası üçün 2023-cü il uğurlu hesab edilir, belə ki, o, bu yaxınlarda “Netflix” istehsalı olan “You People” və “Coming to America” filmlərinin növbəti bölümünə çəkilib.
Eyni zamanda aktyor “Beverly Hills cop” filminin növbəti bölümündə məşhur polis Aksel Foli rolunu yenidən canlandırmağı planlaşdırır.