Nyu-York dövlət məktəbi ChatGPT ilə bağlı qadağasını aradan qaldırıb. Daha öncə qadağaya səbəb isə məktəblilərin özlərinin qurğuları və şəbəkələri vasitəsilə köçürmənin artması ehtimalı ilə bağlı idi.
Uvertüra.az NBC News-a istinadən xəbər verir ki,yeni məlumat isə qadağanın elan edilməsindən bir neçə ay sonra gəlib.
Ekspertlər isə qeyd ediblər ki, biz təhsil işçiləri və məktəbliləri bu oyun dəyişən ChatGPT texnologiyasından istifadəyə və onu öyrənməyə dəvət edirik: “Bu, tamamilə doğru yanaşmadır. Biz yeni nəsli yaxınlaşmaqda olan gələcəyə hazırlamalıyıq”, – deyə siyasətçi, pedaqoq Mark D. Levine qeyd edib.