Qvatemalada alimlər sıx meşəlik ərazidə,tarixi eramızdan əvvələ sökənən 417 qədim Maya şəhərciyi kəşf ediblər.
Uvertüra.az xəbər verir ki,ABŞ-Qvatemala birgə arxeoloji tədqiqatın araşdırmaçıları Washington Post qəzetinə verdikləri müsahibədə bildiriblər ki, onlar 177 kilometrlik “magistral yollarla” bir-birinə bağlı olan təxminən 3000 il əvvələ aid 417 şəhər aşkar ediblər.
Bu kəşf tarixçiləri qədim Maya sivilizasiyası haqqında bildiklərini yenidən düşünməyə vadar edir.
Alimlər, yollar və şəhərlər şəbəkəsinin, hidravlik sistemlərin və kənd təsərrüfatı infrastrukturunun kəşfi Mərkəzi Amerikada yaşayan icmaların kəşflərindən daha əvvəl yarandığını və daha çox inkişaf etdiyini qeyd edirlər.