Mayın 24-də vəfat edən müğənni Tina Turner ilə bağlı olaraq həmkarı Beyonce özünün sosial şəbəkəsində post paylaşıb.
Uvertüra.az e-online.com-a istinadən xəbər verir ki, müğənni paylaşımında yazıb ki, “mənim sevimli Kraliçam. Mən səni sonsuz sevirəm. Biz çox xoşbəxtik ki, həmişə bizimlə qalan sizin mehriban və gözəl ruhunuzun şahidi olmuşuq”.
Qeyd edək ki, Beyonce daha əvvəl konsertində demişdir ki, mənim həyatımda 2 Tina var: “Biri anam Tina, digəri isə Tina Turner”. O, konserti zamanı hər kəsdən Turner-in şərəfinə ayağa qalxmasını rica etmişdir. Bildirək ki, Beyonce-un anasının adı da Tinadır, daha dəqiq Tina Knowles.