Pınar Dəniz “Youtube”da olan proqramlardan birinə maraqlı açıqlamalar verib.
Uvertüra.az verir ki, aktrisa özünü gözəl hesab etmədiyini deyib.
“Orta məktəbdə oxuyanda özümü çox çirkin hesab edirdim və güzgüyə baxa bilmirdim. Yəqin ki, bir sıra psixoloji problemlər yaşayırdım. Bu hiss vaxtaşırı yenə gəlir. Özümü gözəl hesab etmirəm. Amma buna çox da fikir vermirəm.
Haqqımda ən pis deyilən sözlərdən biri qıcıq olmağımla bağlıdır. Lakin mən həddindən artıq dürüst insanam”, – deyə Pınar bildirib.