Mart ayında Kadir Doğan ilə nikahlanan “Güldür Güldür”un uğurlu aktrisası Meltem Yılmazkaya ana olub.
Uvertüra.az xəbər verir ki, o, şouda “Mehtap” obrazı ilə məşhurlaşıb. O, Kahramanmaraşda baş verən zəlzələdən dolayı toy etməmişdi. Aktrisa doğumu isə Türkiyədə deyil, İspaniyada edib.
Qeyd edək ki, onun övladının cinsiyyəti oğlandır. Bu barədə paylaşdığı “Instagram” postunda əlavə edib ki, bütün təbriklərə tək-tək cavab verə bilmirik. Məlum məsələdir, ancaq çox şükür ki, hər şey yolundadır.