Müğənni Oğuzhan Koç 2022-ci ilin avqustunda evləndiyi, yalnız may ayında boşandığı keçmiş həyat yoldaşı Demet Özdemir və ailəsi barədə jurnalistlərə açıqlama verib.
Uvertüra.az xəbər verir ki, o, öncə jurnalistləri görən zaman əsəbləşib və qeyd edib ki, “Məni evimin yaxınlığında çəkməməlisiniz. Məni arxadan izləyirsiniz, görürəm. Evdən çıxıram, studiyaya gedirəm və təkrar evimə qayıdıram. Məni izləməyin. Suallarınıza cavab verəməyəcəyəm”.
Daha sonra isə sakitləşib və qeyd edib ki, “Biz bacarmadıq, bu evliliyi davam etdirə bilmədik”, – açıqlamasını verib.
Qeyd edək ki, müğənni Özdemir ilə olan evlilik PR işi idimi sualına isə cavabı belə olub. “Dostlar məni tanıyırsınız”.