Birləşmiş Millətlər Təşkilatının Baş katibi António Guterres özünün LinkedIn səhifəsində təşkilatın ABŞ-ın Nyu-York şəhərində yerləşən baş ofisindən kədərli foto paylaşıb.
Uvertura.az xəbər verir ki, o, bildirib ki, Kanadada baş verən yanğınlar (havanın çirklənməsini nəzərdə tutur-red.) ölkənin cənub sərhədlərini keçərək bura-ABŞ-a çatıb: “ABŞ-ın şimal-şərq hissəsinin böyük ərazisində havanın keyfiyyəti aşağı enib. Bəşəriyyətin yarısı təhlükə zonasındadır. Buna təkan verən isə yanğın, daşqın, quraqlıq və digər kəskin küləklər və s-dir. Qlobal temperatur yuxarı qalxdıqca yanğın risklərini dərhal aşağı salmaq həmişəkindən olduqca vacibdir. Biz gecikirik, ancaq heç vaxt təslim olmamalıyıq”.