Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits.
Mədəniyyət

Çingiz Aytmatovun 95 illiyinə həsr olunmuş “Qırğız Ədəbiyyatı” proqramı təşkil edilib

Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində keçirilən Qırğızıstan Günündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyinə həsr olunmuş “Qırğız Ədəbiyyatı” proqramı təşkil edilib.

Uvertura.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycanda akkreditə olunan diplomatik korpusun, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri və digər qonaqların iştirak etdiyi festival çərçivəsində bir sıra tematik panel müzakirələri təşkil olunub.

“Qırğız Ədəbiyyatı” sessiyasında Qırğızıstandan gələn “Manas” Qırğız-Türk Universitetinin nümayəndələri professor Burul Saqınbayeva və Altınbek İsmayılov çıxış ediblər. Məruzəçilər qırğız ədəbiyyatı haqqında məlumat verib, qırğız mədəniyyətinə dair videoçarxlar nümayiş etdiriblər. Sessiyanın sonunda A.İsmayılov öz şeirlərini səsləndirib.

“Çingiz Aytmatov – 95” sessiyasında ədəbiyyatşünaslar Mehman Həsənli və Nəzrin Əliyeva məşhur qırğız yazıçısının yaradıcılığından danışıblar.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Nazgül Omurzakova təşkilatla Qırğızıstan arasında mövcud qarşılıqlı əməkdaşlıq çərçivəsində birgə keçirilən layihələrdən bəhs edib.

Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Çingiz Aytmatov və türk dünyasının digər böyük şəxsiyyətlərinin zəngin irsinin beynəlxalq aləmdə tanıdılması yönündə fəaliyyətini yüksək qiymətləndirərək, təşkilatla əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edib.

Daha sonra rejissor M.Fərzəlibəyovun quruluşunda Bakı Bələdiyyə Teatrının aktyorlarının hazırladığı “Ana tarlası” tamaşasından bir parça nümayiş olunub. Tamaşa Bakı Bələdiyyə Teatrının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Təqdim olunan səhnəcik tədbir iştirakçıları, qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

 

Oxşar Xəbərlər