2023-cü ildə dünyanın ən xoşbəxt ölkələrinin indeksi, başqa adla Qlobal Xoşbəxtlik İndeksi açıqlanıb.
Uvertura.az xəbər verir ki, Azərbaycanın adının siyahıda olmadığı indeksdə ilk TOP 5-i Finlandiya (7.8 bal), Danimarka (7.6), İslandiya (7.5), İsrail (7.5), Niderland (7.4) tutub.
TOP 10-u isə İsveç, Norveç, İsveçrə, Lüksemburq, Yeni Zelandiya tamamlayıb.
Qeyd edək ki, müvafiq olaraq Böyük Britaniya indeksdə 19-cu, Fransa 21-ci, Qazaxıstan 44-cü, Özbəkistan 54-cü, Rusiya 70-ci, Ermənistan 79-cu, Tacikistan 80-ci, Gürcüstan 90-cı, Ukrayna 92-ci, Türkiyə 106-cı, Əfqanıstan sonuncu, yəni 137-ci olub.