Dənizkənarı Milli Parkda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tatarların milli bayramı Sabantuy keçirilir.
Tədbirdə Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edir.
Onlar festivalda nümayiş edilən tematik ərazilərlə tanış olurlar.
Həmçinin festivala qatılanlar “Baursak evi”nin həyətində çay otağı kimi hazırlanmış fotozona ilə tanışa ola, orada tatar şirniyyatları, çay, keramika məhsulları ala və “baursak” adlı desertin dadına baxa bilərlər.