“Mobil telefonlar bizim mədəniyyətimizin bir hissəsidir. İndi isə tariximizin bir hissəsi olub. Milli Tarix Muzeyində dinozavr sümüyü və digər antik əşyaların şahidi ola bilərsiniz. Ancaq indi isə burada mobil telefonlar da tapmaq olar”.
Uvertura.az xəbər verir ki, bu haqda NBC News-un hazırladığı reportajda bildirilib.
“Son onilliklər haqda informasiyası olmayan gənc nəsil Milli Tarix Muzeyinə gələrək məlumatlı ola bilərlər. Burada saxlanılan ən köhnə mobil telefonun kilosu isə 2-dir. Muzeydə 30-dan çox ölkədən 750-dən çox əşya saxlanılır. Klassik Nokia mobil cihazı da onların sırasındadır”.