“Minimalizm” – Rəsmi “Netflix” sənədli filmi artıq “YouTube”dadır.
Uvertura.az xəbər verir ki, film cəmi 1 həftə əvvəl baş qəhrəmanları tərəfindən kanala yüklənib.
430.000 abunəçisi olan kanalda yüklənən adıçəkilən videoya baxış sayı isə 1.9 milyon nəfər olub və 1 həftə içərisində isə 3.000-dən çox şərh yazılıb.
Sənədli filmdə ana fikir budur ki, daha az əşyaya sahib olmaq və daha azından istifadə etmək insana xoşbəxtlik gətirir. Və bu fikrin yaradıcıları isə müxtəlif şəhərlərə gedərək bu ana fikri digər insanlara da aşılamağa çalışırlar. Sənədli filmdə bildirilir ki, “bu gün bir çox brendlər insanda bu fikri yaradır ki, əlində olanlar azdır, daha çoxunu al. Almasan o zaman trenddən qalmış olacaqsan”.
İstirahət günlərində “Minimalizm” sənədli filminə baxmağı məsləhət görürük.