Dünya şöhrətli müğənni Madonna ciddi bakterial infeksiyaya görə hospitalın intensiv qayğı bölməsinə yerləşdirilib.
Uvertura.az BBC nəşrinə istinadən xəbər verir ki, nəticədə o planlaşdırılan dünya turunu təxirə salmalı olub.
Menecerinin verdiyi açıqlamaya əsasən onun vəziyyəti ciddi olduğundan bir neçə gün intensiv qayğı bölməsində qalacaq. Daha sonra isə meneceri 64 yaşlı müğənninin səhhəti ilə bağlı əlavə edib ki, sağlamlığı düzəlir, ancaq hələ də tibbi qayğı alır.
Qeyd edək ki, növbəti aya planlaşdırılan 84 günlük dünya turunun nə vaxt reallaşacağı isə hələki açıqlanmayıb. Pop ikonu özünün “Holiday” mahnısının ərsəyə gəlməsinin 40 illiyini qeyd etmək məqsədilə dünya turunu təşkil etməyi hədəfləmişdi.