Əfsanəvi türk aktyor, 300-dən çox filmdə baş rolda oynayan Cüneyt Arkının vəfatından bir il ötüb.
Uvertura.az xəbər verir ki, bu səbəbdən dolayı oğlu Kaan Polat atasının qəbrini ziayət edib və onunla bağlı olan xatirəsini paylaşıb.
“Qəbrinin yanındayam. Böyük bir boşluq içindəyəm. O, boşluğu yaradan acının içindəyəm. O dəqiqə zehnimdə bağ evimizdə, bitkilər ilə məşğul olarkən dediyin söz yadıma düşür: “Oğlum, qovaq ağacının dibinə daha çox su verməlisən”. Ürəyim fərahlamışdı. Artıq qəlbimdəki o acını hiss etmirdim. Çünki hara baxsam, sən var idin. Həyatın meşə-ağac münasibətində gizli olduğunu mənə gənclik illərimdə izah etmişdin”.
Cüneyt Arkın vəfatından öncə qonaq olduğu verlişdə özünün vəsiyyətini açıqlamışdı. “Əvvəllər deyirdim ki, məni atım Hasretimin yanında basdırın. Ancaq sonra səhv başa düşülərəm deyə, məni “ata, anamın yanında basdırın” deyə dəyişdim.